"Google maps"də Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir


Digərləri 17 May 2018 18:09:15 305 0

"Google maps"də Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir

Umud Mirzəyev "Google maps"in təxribatına münasibət bildirib

Bakı. ""Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilməsi bu axtarış sisteminin təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi". Bunu Trend-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Мirzəyev məsələyə dair narahatlığını ifadə edərkən deyib. BAMF prezidentinin sözlərinə görə, beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir.