Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezidentə təqdim olunacaq


Siyasət 17 May 2018 17:48:00 365 0

Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezidentə təqdim olunacaq

Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünküiclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə, baxılan müraciətlərin sayı 1100-ə çatıb.

Bununla da komissiyasının iclası başa çatıb, komissiyaya daxil olan müraciətlərin hamısına baxılıb. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət başçısınınəfv sərəncamı imzalayacağı gözlənilir.