Əfv komissiyasının iclasları


Digərləri 17 May 2018 17:53:00 260 0

Əfv komissiyasının iclasları

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, komissiyanın üzvü Rəşad Məcid özəl olaraq Trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".