Qəbələ'dən ayrılan futbolçu sabiq klubuna qayıdır


İdman 17 May 2018 17:43:00 250 0

Qəbələ'dən ayrılan futbolçu sabiq klubuna qayıdır

Qəbələ'dən ayrılan Dion Malon karyerasını yenidən Den Haag klubunda davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı xəbər yayıb. İddiaya görə, sabiq klubu 29 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Erediviziya təmsilçisi Malonla yanaşı, Ajax'dan Deyovaisyo Zefuik və Twente'dən Hidde Ter Avestlə də danışıqlara başlayıb.

Qeyd edək ki, Malon Qəbələ'yə mövsümün əvvəlində məhz Den Haag'dan gəlmişdi.