Avropa Komissiyası altı ölkəni məhkəməyə verib


Dünya 17 May 2018 17:29:34 269 0

Avropa Komissiyası altı ölkəni məhkəməyə verib

Havanın çirkliliyinə görə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Macarıstan və Rumıniyanı məhkəməyə verilib

Avropa Komissiyası Avropa İttifaqının 6 üzv dövlətini -Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Macarıstan və Rumıniya hökumətləriniməhkəməyə verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb həmin ölkələrdəhavanın təmizlənməsi üçün heç bir addım atılmaması və ərazilərində ətraf mühitin çirklənməsi səviyyəsinin yüksək olmasıdır.

AK-nın bəyanatında Fransa, Almaniya və Böyük Britaniyanın havada azot dioksidin normadan artıq olmasına, İtaliya, Macarıstan və Rumıniyanın isə havada PM10 hissəciklərinin daim yüksək olmasına görə məhkəməyə verildiyi bildirilib.

Ətraf mühitin qorunması üzrə Avropa komissarı Karmenu Vella işləri bu gün məhkəməyə verilən üzv ölkələrə 10 il ərzində vəziyyəti düzəltmək üçün sonşans verildiyini qeyd edib.