Bakı-Maastrixt hava marşrutu üzrə sərnişin daşımaları ilə bağlı danışıqlar aparılır


Digərləri 17 May 2018 17:37:00 311 0

Bakı-Maastrixt hava marşrutu üzrə sərnişin daşımaları ilə bağlı danışıqlar aparılır

İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Rene Van der Lindenin Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan-Niderland əlaqələrinin inkişafı istiqamətindəki fəaliyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini diqqətə çatdıran Ş.Mustafayev Azərbaycan Diplomatik Akademiyası və Maastrixt İdarəetmə Məktəbi arasındakı əməkdaşlığın digər sahələrdə də əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Azərbaycan-Niderland iqtisadi əlaqələri barədə danışan nazir ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyini, ticarət dövriyyəsinin 2017-ci ildə 53% artdığını, qarşılıqlı investisiya qoyuluşlarının çoxaldığını və Azərbaycanda Niderland şirkətlərinin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu günlərdə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan limanın genişləndirilməsi sahəsində bu şirkətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.