Alpinist Babur Hüseynovun nəşi Astaraya gətirildi


Digərləri 17 May 2018 17:07:00 283 0

Alpinist Babur Hüseynovun nəşi Astaraya gətirildi

İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, mərhum Astaranın Giləkəran kəndində dəfn olunacaq.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.