Galatasaray keçmiş məşqçisinə uduzdu


İdman 17 May 2018 16:43:00 326 0

Galatasaray keçmiş məşqçisinə uduzdu

Galatasaray keçmiş baş məşqçisi Çezare Prandelliyə külli miqdarda təzminat verməli olacaq.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Galatasaray'ın 2014/15 mövsümündə komandanı 16 rəsmi oyuna çıxaran, daha sonra isə istefaya göndərilən italyan mütəxəssisə 7 milyon avro məbləğində təzminat verməli olduğu qeyd edilib.

Belə ki, klubdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən 60 yaşlı mütəxəssisin tələbinə müsbət cavab verilib. CAS-ın qərarına əsasən, “cim-bom” sabiq baş məşqçisinə 7 milyon avro ödəməli olacaq.