Bakı Dairəvi-1 yolunda hərəkətin təşkilində dəyişikliklər edilir (FOTO)


Digərləri 17 May 2018 16:38:00 266 0

Bakı Dairəvi-1 yolunda hərəkətin təşkilində dəyişikliklər edilir (FOTO)

Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir.

Bakı. Samir Əli - Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur. Dəyişikliklərdən sonra artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aaprılır. Bunula da əsas yoldan köməkçi yola yeni keçid hissə açılır.