Azərbaycan məhsulları Çində beynəlxalq ərzaq sərgisində nümayiş olunur


Digərləri 17 May 2018 16:38:57 217 0

Azərbaycan məhsulları Çində beynəlxalq ərzaq sərgisində nümayiş olunur

Azərbaycan şirkətləri Çinin Şanxay şəhərində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunur.

Bakı. Azərbaycan şirkətləri Çinin Şanxay şəhərində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunur. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə istehsalı və s. sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti milli pavilyonda öz məhsullarını nümayiş etdirirlər. Sərgi ziyarətçiləri Azərbaycan məhsullarına, o cümlədən qurudulmuş xurma, spirtli içkilər, fındıq məhsullarına və s. böyük maraq göstərirlər.