Xaləddin İsgəndərov vəzifəsindən azad edildi SƏRƏNCAM


Siyasət 17 May 2018 16:20:00 316 0

Xaləddin İsgəndərov vəzifəsindən azad edildi  SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".