Türkiyədə daha 20 universitet təsis ediləcək


Dünya 17 May 2018 16:09:09 344 0

Türkiyədə daha 20 universitet təsis ediləcək

Türkiyə prezidenti bununla bağlı müvafiq qanunu imzalayıb

Türkiyədə daha 20 universitet təsis ediləcək.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanbununla bağlımüvafiq qanunu imzalayıb.

Qeyd edək ki, Türkiyədə 175 universitet var. Bunların 71-i fondun, 104-ü isə dövlətindir. 46 universitet olmaqla, ən çox ali təhsil müəssisəsi İstanbulda fəaliyyət göstərir. Bunların da 9-u dövlət, 37-si isə fonda aiddir.