İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib (FOTO)


Digərləri 17 May 2018 16:15:00 248 0

İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib (FOTO)

İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.

Bakı. İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 3 gün davam edən müsabiqə 3 yaş kateqoriyası üzrə təşkil olunub. Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin 1-ci yerə, yaponiyalı Yanq Şiven 2-ci yerə yiyələniblər. Nərminə İsmayılova və Ramazan Hüseynov diplomlarla təltif olunublar.