Azərbaycanda qida təhlükəsizliyinə diqqət artır


Digərləri 17 May 2018 16:05:00 282 0

Azərbaycanda qida təhlükəsizliyinə diqqət artır

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 16-da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb, stendlərlə tanış olub.

AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Son.az-a verilən məlumata görə, sərgidə iştirak edən şirkətlərin nümayəndələrini dinləyən Agentliyin sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, bununla bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb.

O, həmçinin, müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyələrini verib.


Xəbərə aid fotolar