Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər


Digərləri 17 May 2018 16:00:00 334 0

Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. Trend-in məlumatına görə, bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub. Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra Trend-ə açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.