MTNin qadın generalı apellyasiya şikayəti verdi


Digərləri 17 May 2018 15:41:00 299 0

MTNin qadın generalı apellyasiya şikayəti verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qadın generalı Natəvan Mirvətova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Son.az xəbər verir ki, bu barədə APA-ya N. Mirvətovanın vəkili Adilə Məmmədova deyib. O bildirib ki, şikayətdə N. Mirvətova barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bu iş üzrə təqsirləndirilən digər şəxslər Sübahir Qurbanov, Teymur Quliyev, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev də apellyasiya şikayəti verib.

Polkovnik Elşad Əzizov isə şikayət verməyib.