Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirildi


Digərləri 17 May 2018 15:45:00 257 0

Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirildi

Bakıda WADF ( Dünya İncəsənət və Rəqs  Federasiyası ) himayəsi altında  xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirildi. Turnirin təşkilatçıları Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası idi. Finalda Azərbaycan, Gürcüstan, Ukraina, Rusiya, Uruqvay, İsveç və İtaliya təqdim olundular.  İki günlük ağır yarışmanın sonunda iştirakçılar etnik folklor nominasiyasında, Ənənəvi rəqs (stlizə olunmuş  milli rəqs) və Bollywood  (hind rəqsi ) nominasiyalarında iştirak etdilər.

Ümumi hesablara görə finalda 1963 iştirakçı çıxış etdi.

"Bizim üçün belə böyük həcmdə yarışmanı Azərbaycanda keçirtmək çox qürurvericidir. Rəqqaslar inanılmaz yüksək səviyyə göstərdilər. Bütün dəvət olunmuş hakimlər finalistlərin qurduqları rəqslərə heyran olmuşdular. Bu, sadəcə, rəqs bayramı deyildi, bu, milli rəqslərin yüksəldiyi bir an idi. Mən çox sevinirəm ki, folklor rəqslər üzrə Dünya Kubokunu biz belə yüksək səviyyədə qarşılaya bildik. Ümid  edirəm ki təşkilatımız üçün müəyyən edilmiş yüksək səviyyəni saxlamağa davam edəcəyik. Təəssüf ki, turnirin son dəqiqələrində çox bağışlanılmaz bir səhv baş verdi. İki komanda səhnədə öz növbələrindən kənar çıxdı və hakimin qiymətləndirmələrində qarşıqlıq oldu. Buna görə də mükafatlandırmada bir səhv buraxıldı. Təşkilatçılar kollektivlərdən üzr istəyirlər və yenidən belə bir səhvlərin baş verməyəcəyinə söz verirlər", - Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiyasiyasının Prezidenti Əziz Əzizov  dedi.

Aşağıda Dünya Kubokunun qaliblərinin siyahısı təqdim olunur.

Flamenko: Solo  - Juniors - 1 place - Khadidja Azimli.

Bollywood: Solo - Baby - 1 place -  Buta Solo - Child - 1 place -  Buta Duet  - Child - 1 place - Buta Small Group  - Child - 1 place - Buta Solo - Juniors - 1 place - Buta Duet  - Adults - 1 place - Buta

Ethno Folk: Solo - Baby - 1 place -  Xarı Bülbül Formation - Baby - 1 place -  İnji Solo - Child - 1 place -  İnji Solo - Juniors - 1 place -   Asiman Small group -  Juniors - 1 place - Jam SS Formation - Juniors - 1 place - №5 UGİM  "Zirvə" klass of Natella  Gasanova Production - Juniors - 1 place - Mtis kari  dance studio


Xəbərə aid fotolar