Braziliyalı futbolçuya 6 aylıq diskvalifikasiya


İdman 17 May 2018 15:44:00 292 0

Braziliyalı futbolçuya 6 aylıq diskvalifikasiya

İtaliyanın Cagliari klubunda çıxış edən Joao Pedro 6 ay müddətinə diskvalifikasiya olunub. Goal.az xəbər verir ki, bunun səbəbi 26 yaşlı yarımmüdafiəçinin dopinq-testinin müsbət nəticələnməsidir. Braziliyalı havbek bu cəzaya sevinməlidir. Məhkəmədə onun 4 il müddətinə futboldan kənarlaşdırılması məsələsi də qaldırılıb. Pedro mart ayından məhz bu səbəbdən meydana çıxmır. Onun sentyabrda geri dönəcəyi ehtimal olunur. Fevralda Pedronun qanından götürülən testdə qadağan olunmuş hidroxlortiazid preparatı aşkar olunmuşdu.