Sabirabadda ədviyyat istehsal olunacaq (FOTO)


Digərləri 17 May 2018 15:35:00 260 0

Sabirabadda ədviyyat istehsal olunacaq (FOTO)

Sabirabadda dövlət dəstəyi ilə ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsi yaradılır

Bakı. Sabirabadda dövlət dəstəyi ilə ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsi yaradılır. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti tədbir mayın 17-də Sabirabad rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda soya, mərci və noxud əkini, iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması müəssisələrinin, eyni zamanda Sabirabad Sənaye Məhəlləsində plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.