"Kristal Motors" Vergilər Nazirliyini məhkəməyə verib


Sosial 17 May 2018 15:15:31 285 0

"Kristal Motors" Vergilər Nazirliyini məhkəməyə verib

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib

"Kristal Motors" MMC Vergilər Nazirliyi yanın Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC iddiaçının 2014-cü ilin mənfəət vergisinin məbləğinin 2 milyon 209 min 13 manat məbləğində azaldılması və 2014-cü ilin mənfəət vergisini 17 min 151 manat məbləğində iddiaçının şəxsi hesab vərəqində qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürüb.

İddia mümükünüz sayılıb.

Qərardan narazı qalan "Kristal Motors" MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.