Banka olan kredit borcunu qaytara bilməyən


Digərləri 17 May 2018 15:02:00 40 0

Banka olan kredit borcunu qaytara bilməyən

Son.az tanınmış vəkil Rövşən Əhmədovun yazısını təqdim edir...

Son dövrlər maliyyə bazarında müxtəlif bank və ya bank olmayan kredit təşkilatları tərəfindən istehlak kreditlərinin verilməsi istiqamətində yenidən canlanma müşahidə olmaqdadır.

Bundan əlavə, kredit xətti ilə ölkədə kiçik və orta sahibkarlığın inkişafı etdirilməsi məqsədilə, dövlət tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri də, diqqətdən kənarda qalmamış və onlara da güzəştli şərtlərlə daim maliyyə dəstəyinin göstərilməsi dinamik artımla davam etməkdədir.

Bəs təyinatından asılı olmayaraq, kredit götürərkən nələrə xüsusi diqqət edilməlidir?

Bir çox hallarda, kredit xətti üzrə pul əldə olunması üçün bağlanan müqavilələrə kredit götürənlər (borc alanlar) tərəfindən səthi və laqeyd yanaşılır, müqavilə şərtlərinə lazımi diqqət yetirilmir, bəzən isə, heç müqavilə şərtləri, ümumiyyətlə, oxunulmur. Belə ki, kredit verən tərəf, borc alana münasibətdə öz üstün vəziyyətindən istifadə edərək, müqavilə şərtlərini hər aspekdə öz mənafeyinə uyğun formatda diqtə edə biləcəyini və müqavilədə bunu qeyd edəcəyini nəzərə alaraq, hər bir halda müqavilə şərtlərinə xüsusi diqqət etmək lazımdır.

Belə müqavilələr, əsasən, çox kiçik ölçülü yazı şrifti ilə tərtib olunduğundan, müqavilə oxunaqlı olmur, sadə vətəndaşa onun mahiyyəti tam izah olunmur və bu səbəbdən də müəyyən xüsusi və kredit alan üçün vacib məqamlar nəzərdən yayınır. Bu isə kredit alana münasibətdə kifayət qədər  ağır sayılan və gələcəkdə onun tərəfindən müqavilə şərtlərinin icra olunmadığı və ya lazımi qaydada icra olunmadığı hallarda, ona qarşı xüsusi təhlükə yarada biləcək şərtlərin diqqətdən kənarda qalmasına zəmin yaradır.

Bu səbəbdən kredit müqavilələri ilə tanış olarkən, öhdəliyin icrasının təminatı olaraq hansı üsulların və hansı şərtlərin müqavilədə əks olunduğuna xüsusi diqqət yetirmək vacibdir.

Belə ki, əksər kredit müqavilələrində, öhdəliyin təminatı olaraq kredit təşkilatı tərəfindən bir və ya bir neçə zamin şəxsin olması tələb olunur. Bu zaman əsas öhdəliyin icra olunmamaması halında, zaminin gələcəkdə hansı növ məsuliyyət daşıması çox önəm kəsb edən haldır. Yəni, əsas öhdəliyin icrasının təminatı olaraq, zaminlik haqqında müqaviləni zamin şəxslər imza edərkən buna xüsusi diqqət etməlidirlər.

Zaminin mülki məsuliyyəti isə 2 formada ola bilər:

- Tam məsuliyyət. Yəni bu, zamin ilə əsas borc götürənin kreditor qarşısında birgə məsuliyyəti anlamına gəlir. Bu növ məsuliyyətin təfsiri onu deməyə imkan verir ki, kreditor öz istəyi ilə tələb olunan ödənilməmiş qalıq kredit məbləğini, habelə ona hesablanmış faiz borcunu və dəbbə pulunu  tam olaraq zamindən tutulmasını tələb edə bilər.

- Subsidiar məsluliyyət. Bu məsuliyyət əlavə məsuliyyətdir. Yəni, öhdəliyin şərtlərinə görə əsas borclu olan şəxsin məsuliyyətinə əlavədir. Bu məsuliyyət növünün mənası odur ki, əsas borclu tərəfindən borcun daha çox hissəsinin ödənilməsi şərtdir. Yalnız bundan sonra qalan hissədə, əsas borclunun imkanları tükənərsə, həmin qalan hissədə əlavə zaminə münasbətdə kreditor tərəfindən öhdəliyin icrasını tələb etmək hüququ yaranır.

"Elə edəcəyik ki, veriliş bağlansın..." like
  • 17 May 15:00  
Şou-biznes "Elə edəcəyik ki, veriliş bağlansın..."

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları yenidən aparıcı kimi ef

arrow Ətraflı
Fədayə Laçının həbs müddəti daha üç ay uzadılıb like
  • 17 May 14:52  
Sosial Fədayə Laçının həbs müddəti daha üç ay uzadılıb

Məhkəmə istintaq orqanının təqdimatını təmin edib

arrow Ətraflı
Yaponiyada əməliyyat like
  • 17 May 14:51  
Dünya Yaponiyada əməliyyat

Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib.

arrow Ətraflı
UNEC-də konfrans: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” (FOTO) like
  • 17 May 14:50  
Digərləri UNEC-də konfrans: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” (FOTO)

UNEC və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan

arrow Ətraflı
Fədayə Laçının həbs müddəti artırıldı like
  • 17 May 14:41  
Digərləri Fədayə Laçının həbs müddəti artırıldı

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni

arrow Ətraflı
Xaçmazda 2 kəndə təbii qaz verilib like
  • 17 May 14:41  
Digərləri Xaçmazda 2 kəndə təbii qaz verilib

Xaçmaz rayonunun iki kəndinə təbii qaz verilib.

arrow Ətraflı
Azərbaycan-Avstriya biznes forumu keçirilib (FOTO) like
  • 17 May 14:33  
Digərləri Azərbaycan-Avstriya biznes forumu keçirilib (FOTO)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasın

arrow Ətraflı
Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq oldu like
  • 17 May 14:33  
Kriminal Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq oldu

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad R

arrow Ətraflı
Vüsal Qasımlı: "Blokçeyn texnologiyası banklararası əməliyyatları asanlaşdıracaq" like
  • 17 May 14:31  
Digərləri Vüsal Qasımlı: "Blokçeyn texnologiyası banklararası əməliyyatları asanlaşdıracaq"

Blokçeyn texnologiyası Azərbaycan bankları arasındakı əməliyyatları əh

arrow Ətraflı
Fədayə Laçının həbs müddəti daha 3 ay artırıldı like
  • 17 May 14:30  
Digərləri Fədayə Laçının həbs müddəti daha 3 ay artırıldı

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni

arrow Ətraflı
Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edilib like
  • 17 May 14:28  
Digərləri Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanm

arrow Ətraflı
Sabiq polkovnik 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir like
  • 17 May 14:28  
Kriminal Sabiq polkovnik 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir

Rusiyada Moskva vilayəti polisinin istefada olan polkovnik-leytenantı Moskvada

arrow Ətraflı