Alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirildi


Digərləri 17 May 2018 15:09:00 287 0

Alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirildi

Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.