Hikmət Hacıyev: Artıq Nalbəndyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır.


Digərləri 17 May 2018 15:05:00 234 0

Hikmət Hacıyev: Artıq Nalbəndyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır.

Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim

Bakı. 2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı. Bunu Trend-ə Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: