Fədayə Laçının həbs müddəti artırıldı


Digərləri 17 May 2018 14:41:14 226 0

Fədayə Laçının həbs müddəti artırıldı

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.