Avropa Liqasının finalının ən yaxşısı o oldu


İdman 17 May 2018 14:48:00 290 0

Avropa Liqasının finalının ən yaxşısı o oldu

Avropa Liqasının AtleticoMarseille arasında final görüşünün ən yaxşısı “hindular”ın hücumçusu Antuan Qrizmann seçilib.

Goal.az xəbər verir ki, bu barədə məlumatı UEFA yayıb. Oyunda komandasının 3:0 hesablı qələbəsinə iki qolla töhfə verən Qrizmann, final görüşünün ən yaxşısı hesab edilib.

27 yaşlı fransız hücumçu son avrokubok mövsümündə şans qazandığı 14 oyunda 8 qola imza atıb.

O, son Avroliqa mövsümündə meydana çıxdığı 8 matçda 6 qol vurub.