Fədayə Laçının həbs müddəti daha 3 ay artırıldı


Digərləri 17 May 2018 14:30:00 238 0

Fədayə Laçının həbs müddəti daha 3 ay artırıldı

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.

Bakı. Samir Əli - Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb. Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.