Tramp Qazaxıstanın ardınca Özbəkistana da göz qırpır


Dünya 17 May 2018 14:22:00 60 0

Tramp Qazaxıstanın ardınca Özbəkistana da göz qırpır

ABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir.

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

O, fikirlərini belə əsaslandırıb: "Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyeyevi Ağ Evə dəvət etdi. Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir.

Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır. Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdırlar. Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu hər iki dövlətin təbii haqqıdır. Çünki bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdırlar. Bundan sonra Pentaqon Qazaxıstanla yanaşı Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək".

Politoloq hesab edir ki, ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: "Çünki biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək".

İlkin İzzət Son.az

Türkiyənin daha 3 vilayətində neft tapıldı like
  • 17 May 14:21  
Digərləri Türkiyənin daha 3 vilayətində neft tapıldı

Türkiyənin üç vilayətində neft aşkar olunub.

arrow Ətraflı
Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir like
  • 17 May 14:21  
Digərləri Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2018/2019 t

arrow Ətraflı
"Mənim ağlım yoxdur" like
  • 17 May 14:20  
Digərləri "Mənim ağlım yoxdur"

Zaur Kamal canlı yayımda bir xalça şirkətindən ona gələn təklif barəd

arrow Ətraflı
Vüsal Qasımlı: Blokçeyn texnologiyası banklararası əməliyyatları asanlaşdıracaq like
  • 17 May 14:16  
Digərləri Vüsal Qasımlı: Blokçeyn texnologiyası banklararası əməliyyatları asanlaşdıracaq

Blokçeyn texnologiyası Azərbaycan bankları arasındakı əməliyyatları əh

arrow Ətraflı
Paşinyan xalqa o biri "üzünü" göstərdi like
  • 17 May 14:15  
Dünya Paşinyan xalqa o biri "üzünü" göstərdi

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün

arrow Ətraflı
Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir like
  • 17 May 14:14  
Digərləri Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2018/2019 t

arrow Ətraflı
Azərbaycan jurnalistikasında ilk  Elnur Niftəliyev nə edib?  FOTO like
  • 17 May 14:10  
Digərləri Azərbaycan jurnalistikasında ilk Elnur Niftəliyev nə edib? FOTO

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Elnur Niftəliyevin "Azərb

arrow Ətraflı
Yasamalda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (FOTO) like
  • 17 May 14:06  
Digərləri Yasamalda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (FOTO)

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir.

arrow Ətraflı
Fransa klubu baş məşqçi ilə yollarını ayırdı like
  • 17 May 14:05  
İdman Fransa klubu baş məşqçi ilə yollarını ayırdı

Fransanın Metz klubu baş məşqçi Frederik Antsı istefaya göndər

arrow Ətraflı
“O torpaqda ölmək arzumdur”  26 ildir Laçınsız qalan 92 yaşlı ağsaqqal  VİDEO  FOTO like
  • 17 May 14:05  
Digərləri “O torpaqda ölmək arzumdur” 26 ildir Laçınsız qalan 92 yaşlı ağsaqqal VİDEO FOTO

26 ildir ayağı Laçın torpağına dəyməyənlər qayıdışın dadını alm

arrow Ətraflı
Bakıda bu avtobuslarda kondisionerlər işə düşdü like
  • 17 May 13:58  
Digərləri Bakıda bu avtobuslarda kondisionerlər işə düşdü

Bakıda bir neçə marşurut üzrə fəaliyyət göstərən avtobuslarda kondisi

arrow Ətraflı
Ermənilər baş prokurorun istefasını tələb edirlər like
  • 17 May 13:58  
Dünya Ermənilər baş prokurorun istefasını tələb edirlər

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yereva

arrow Ətraflı
Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı like
  • 17 May 13:54  
Digərləri Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankomatları yarıb

arrow Ətraflı