Azərbaycan jurnalistikasında ilk Elnur Niftəliyev nə edib? FOTO


Digərləri 17 May 2018 14:10:00 373 0

Azərbaycan jurnalistikasında ilk  Elnur Niftəliyev nə edib?  FOTO

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Elnur Niftəliyevin "Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)" adlı monoqrafiyasının təqdimat mərasimi olub.

Son.az "Yenigundem"ə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində gerçəkləşən mərasimdə millət vəkili, pedaqoqlar, tələbələr, KİV nümayəndələri iştirak ediblər. Fakültənin dekanı Vüqar Zifəroğlu bildirilib ki, müəllif nəşrdə mövzu haqqında ətraflı məlumat verib, siyasi proseslərin mətbuata və mətbuatın ona təsirindən bəhs edib. Eyni zamanda XX əsrin əvvəllərində Azərbaycanda yaranan siyasi partiyaların, təşkilatların bu sahədəki rolunu geniş şəkildə tədqiq və təhlil edib.

Nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə kimi dəyərləndirilib, mərasimin də bu ərəfədə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb. Müəllif Elnur Niftəliyev kitabının Cümhuriyyətimizin 100 illik yubiley tədbirləri çərçivəsində təqdim olunmasından qürur duyduğun bildirib. Millət vəkili, siyasi şərhçi Elman Nəsirov kitabı Azərbaycan mətbuatında bir ilk kimi qiymətləndirib. Çünki bugünə qədərki müəlliflərdən fərqli olaraq, Elnur Niftəliyev jurnalistikanın siyasətdən, siyasətin isə jurnalistikadan ayrı olmadığını ətraflı şəkildə tədqiq və təhlil edib.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan siyasi jurnalistikasının təşəkkülü, inkişaf mərhələləri, mətbuat həyatındakı, ümumiyyətlə, ictimai-siyasi mühitdəki yeri və rolunun müasir tələblər baxımından araşdırılması bu gün daha aktual və əhəmiyyətlidir.


Xəbərə aid fotolar