Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb FOTO


Siyasət 17 May 2018 14:03:00 57 0

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb  FOTO

Londonun dünyada məşhur olan "Tate Britain" incəsənət qalereyasında Böyük Britaniyanın Press Association informasiya agentliyinin 150 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Böyük Britaniyanın Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, İtaliyanın ANSA, İsveçin TT (Avropa Xəbər Agentlikləri Alyansının sədri), Rumıniyanın Agerpress, Bolqarıstanın BTA, Polşanın PAP, Yunanıstanın ANA/MPA və bir çox digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, İngiltərənin media qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov iştirak edib.

Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb.

Press Association agentliyinin icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri Klayv Marşal çıxışında qeyd edib ki, ötən əsr ərzində mediada çox böyük irəliləyişlər olub. "Bizim agentlik də yarandığı andan ötən 150 il ərzində dəyişib, texnologiyalar işimizin bir hissəsinə çevrilib. Lakin dəyişməyən bizim dürüstlüyümüz və obyektivliyimiz olub. Bu da bizim etibarlı media kimi imicimizin yüksək olmasını şərtləndirib", - deyə o bildirib.

Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib.

AZƏRTAC və Press Association 2008-ci ildən Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində, sonradan isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasında əməkdaşlıq edir. Press Association 2016-cı ilin noyabrında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati işində yaxından iştirak edib. İki agentlik arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.


Xəbərə aid fotolar

Bakıda bu avtobuslarda kondisionerlər işə düşdü like
  • 17 May 13:58  
Digərləri Bakıda bu avtobuslarda kondisionerlər işə düşdü

Bakıda bir neçə marşurut üzrə fəaliyyət göstərən avtobuslarda kondisi

arrow Ətraflı
Ermənilər baş prokurorun istefasını tələb edirlər like
  • 17 May 13:58  
Dünya Ermənilər baş prokurorun istefasını tələb edirlər

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yereva

arrow Ətraflı
Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı like
  • 17 May 13:54  
Digərləri Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankomatları yarıb

arrow Ətraflı
“AtaBank” yeni “AtaNet” mobil əlavəsini geniş ictimaiyyətə təqdim edib (FOTO) like
  • 17 May 13:53  
Digərləri “AtaBank” yeni “AtaNet” mobil əlavəsini geniş ictimaiyyətə təqdim edib (FOTO)

Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni

arrow Ətraflı
Silahlı "narkobaron" Sabirabadda ələ keçdi like
  • 17 May 13:47  
Kriminal Silahlı "narkobaron" Sabirabadda ələ keçdi

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsas

arrow Ətraflı
Türkiyə klubunda baş məşqçi istefası like
  • 17 May 13:45  
İdman Türkiyə klubunda baş məşqçi istefası

Trabzonspor futbol komandasının baş məşqçisi Rza Çalımb

arrow Ətraflı
Vəkillər Kollegiyası iclas keçirdi - İki vəkilə irad tutuldu like
  • 17 May 13:41  
Digərləri Vəkillər Kollegiyası iclas keçirdi - İki vəkilə irad tutuldu

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

arrow Ətraflı
Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq? like
  • 17 May 13:40  
Digərləri Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq?

Bu il ali məktəblərə müsabiqədənkənar qəbul prosesi hazırkı qanunver

arrow Ətraflı
"Birdən kimsə başımı dişlədi" like
  • 17 May 13:38  
Şou-biznes "Birdən kimsə başımı dişlədi"

Türkiyəli müğənni İrem Derici müsahibəsində Yıldız Tilbenin onu dişl

arrow Ətraflı
“Kim nə qiymət istədi qoyur” like
  • 17 May 13:34  
Digərləri “Kim nə qiymət istədi qoyur”

ARB TV-nin "Günə doğru" verilişində kommunal xərclər barədə

arrow Ətraflı
Sürücülərin diqqətinə  Bakının 2 əsas yolunda hərəkət məhdudlaşdırılıb like
  • 17 May 13:29  
Digərləri Sürücülərin diqqətinə Bakının 2 əsas yolunda hərəkət məhdudlaşdırılıb

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin

arrow Ətraflı