“Babur hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı...” Dayısı


Digərləri 17 May 2018 14:07:00 312 0

“Babur hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı...”  Dayısı

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynovun meyiti Astara rayonuna aparılır.

Son.az report-a istinadən xəbər verir ki, onun ailə üzvləri artıq Bakıdan Astara rayonuna yola düşüb.

B.Hüseynovun dayısı Rafiq Hüseynov "Report"un əməkdaşına bildirib ki, bacısı Gülxanım Hüseynova və yaxın qohumları dəfn üçün Astara rayonuna gedir. O deyib ki, B.Hüseynov itkin düşənə qədər anası ilə birgə Bakıda yeznəsi, şəhid polis serjantının evində qalırmış: "Onun yeznəsi bir neçə il əvvəl əməliyyat zamanı şəhid olub. Sonra Babur və anası da onlarda qaldı. Bacım Gülxanım Hüseynovanın ürəyində ciddi problemlər var. Bir neçə aydır ki, o, ürəyindən müalicə olunur".

R.Hüseynov söyləyib ki, B.Hüseynovun atası Vaqif Hüseynov da bir neçə il bundan əvvəl dünyasını dəyişib: "Vaqif Hüseynov da Astara rayonunda dəfn edilib. Babur da rayonda onun dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırlacaq".