Fransa klubu baş məşqçi ilə yollarını ayırdı


İdman 17 May 2018 14:05:00 269 0

Fransa klubu baş məşqçi ilə yollarını ayırdı

Fransanın Metz klubu baş məşqçi Frederik Antsı istefaya göndərib. Goal.az xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. turnir cədvəlində sonuncu yeri tutan Metz növbəti mövsümə 2-ci Liqada başlayacaq. Klub 2016-cı ildə Liqa 1-ə vəsiqə qazanmışdı. Sonuncu - 38-ci turda Metz Bordeaux-la qarşılaşacaq.