Yasamalda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (FOTO)


Digərləri 17 May 2018 14:06:00 237 0

Yasamalda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (FOTO)

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir.

Bakı. Samir Əli - Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir. Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa, Şəfaət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək.