Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı


Digərləri 17 May 2018 13:54:00 265 0

Bakıda bankomatları yarmaqda təqsirləndirilən polis əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankomatları yarıb pul oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov, Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən X.Rüstəmov Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, hadisə ərəfəsində Binəqədi rayonuna ezam edilib və orada çalışırmış.

Məhkəmənin baxış iclası mayın 31-nə təyin edilib.

Qeyd edək ki, ilkin məlumata əsasən, O.Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb.