Ermənilər baş prokurorun istefasını tələb edirlər


Dünya 17 May 2018 13:58:00 267 0

Ermənilər baş prokurorun istefasını tələb edirlər

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri bu gün şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

Son.az report-a istinadən xəbər verir ki, 10-15 nəfərlik bir qrup qurum işçilərinin binaya daxil olmasına icazə vermir.

A.Davtyanın istefası tələbinin irəli sürülməsinin səbəblərindən biri onun baş nazir Nikol Paşinyanın ölkədə siyasi məhbusların olması ilə bağlı fikri ilə razılaşmamasıdır.