“AtaBank” yeni “AtaNet” mobil əlavəsini geniş ictimaiyyətə təqdim edib (FOTO)


Digərləri 17 May 2018 13:53:27 248 0

“AtaBank” yeni “AtaNet” mobil əlavəsini geniş ictimaiyyətə təqdim edib (FOTO)

Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni “AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirib.

Bakı. Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni “AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirib. Trend-in məlumatına görə, “AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. İstifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə, həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur. Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd edib ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcək. “AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacağını bildirərək Babaşlı çıxışını yekunlaşdırıb. “AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir. Qeyd edək ki, “AtaNet” mobil bankçılığı ilə yanaşı, “AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub. Ən əsası isə Bankın müştəriləri üçün “AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur. “AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür: