Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq?


Digərləri 17 May 2018 13:40:12 242 0

Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq?

Bu il ali məktəblərə müsabiqədənkənar qəbul prosesi hazırkı qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dünya fənn olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb: "Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə biz də müsbət rəyimizi vermişik. Statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".