Silahlı "narkobaron" Sabirabadda ələ keçdi


Kriminal 17 May 2018 13:47:00 349 0

Silahlı "narkobaron" Sabirabadda ələ keçdi

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-dən Son.az-a verilən məlumata görə, əməliyyat nəticəsində oradan 20 ədəd "Tramadol", 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. 

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.