Zirəddin: "Alpinistlər bu cür həlak olub" FOTO


Digərləri 17 May 2018 13:25:00 275 0

Zirəddin: "Alpinistlər bu cür həlak olub"  FOTO

Ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşmüş alpinistlərlə bağlı verdiyi proqnozların doğru çıxdığını deyib.

Son.az axar.az-a istinadən xəbər verir ki, ekstrasens bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. O, əvvəlcə yanvarın 16-da alpinistlərlə bağlı verdiyi proqnozu xatırladıb:

"İnstaqram-da mənə tez-tez itən alpinistlər barədə suallar verirlər. Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam".

Ekstrasens bugünkü paylaşımında isə yanvarın 16-da verdiyi proqnozla nəticəni müqayisə edib və fevralla mayı səhv saldığını bu cür aydınlaşdırıb:


Xəbərə aid foto