Sürücülərin diqqətinə Bakının 2 əsas yolunda hərəkət məhdudlaşdırılıb


Digərləri 17 May 2018 13:29:00 283 0

Sürücülərin diqqətinə  Bakının 2 əsas yolunda hərəkət məhdudlaşdırılıb

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.