Azərbaycan FİFA reytinqində yerində saydı


İdman 17 May 2018 13:28:00 256 0

Azərbaycan FİFA reytinqində yerində saydı

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Goal.az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla Sudanla birgə 126-cı yerdədir. Yoldaşlıq görüşlərindəki rəqiblərdən 2 pillə irəliləyən Qazaxıstan 273 xalla 117-ci, mövqeyi dəyişməyən Qırğızıstan 424 xalla 75-ci, Latviya 217 xalla 139-cudur. UEFA Millətlər Liqasındakı rəqiblərə gəldikdə, 1 pillə irəliləyən Farer adaları 364 xalla 93-cü, mövqeyi dəyişməyən Kosovo 164 xalla 152-ci, Malta isə 62 xalla 185-ci pillədədir.

Siyahının ilk 47 pilləsinə dəyişiklik baş verməyib. Almaniya 1533 xalla birinci, Braziliya 1384 xalla ikinci, Belçika 1346 xalla 3-cü, Türkiyə 714 xalla 37-cidir.