"Sumqayıtdakı abituriyentlərin intiharı baş verəndə nəticələr hələ açıqlanmamışdı"


Digərləri 17 May 2018 13:10:00 306 0

"Sumqayıtdakı abituriyentlərin intiharı baş verəndə nəticələr hələ açıqlanmamışdı"

Sumqayıtda qəbul imtahanlarının nəticələrinə görə özlərinə qəsd etdiyi deyilən abituriyentlərin intiharı hadisəsi baş verəndə nəticələr hələ açıqlanmamışdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda mayın 13-də keçirilən qəbul imtahanlarından sonra iki tələbənin az bal toplama səbəbindən intihar etməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

M.Abbaszadə qeyd edib ki, valideynlər uşaqlarının gələcəyi, onların qəbul imtahanlarında iştirakı məsələsinə olduqca həssas yanaşmalıdırlar:" Mən həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın, bunu onun xoşbəxtliyi üçün istəyir. Lakin u şaq oxumaq istəmirsə, onu məcburi olaraq kitab oxumağa məcbur edirlər. Bəlkə uşağın hansısa sahə üzrə daha yaxşı bacarığı, əl qabiliyyəti var, o işlə məşğul olmaq istəyir. B u yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil".