Ağsuda “KamAZ” aşdı,


Digərləri 17 May 2018 13:20:00 248 0

Ağsuda “KamAZ” aşdı,

Ağsu rayonunda yük avtomobili aşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun 10-cu kilometrliyində qeydə alınıb. Rayon sakini Məmmədov Əlibala Əli oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, qumla dolu nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.