Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb


Siyasət 17 May 2018 13:00:54 262 0

Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb

Müzakirələr Bakıda keçiriləcək

Azərbaycan iləAvropa İttifaqı (Aİ) arasında yenisaziş üzrə danışıqların növbəti mərhələsi mayın 29-30-da Bakıda keçiriləcək.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan ilə Aİ arasındakı ikitərəfli münasibətlər 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında tənzimlənir.