Məşhur turnirdə qalmaqal


Digərləri 17 May 2018 12:57:00 302 0

Məşhur turnirdə qalmaqal

İtaliyanın paytaxtı Romada keçirilən "WTA Internazionali BNL d'Italia" turnirində böyük qalmaqal yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, mükafat fondu 3,2 milyon avro olan turnirin 1/16 finalında 26 yaşlı çex tennisçi Karolina Plişkova 22 yaşlı yunan Mariya Sakkari ilə qarşılaşmışdı.

3-cü, həlledici setdə hesab 5:5 40/40 olanda hakim çex tennisçinin qaytardığı topun auta çıxdığını bəyan edib. Plişkova isə topun korta dəydiyini deyib.

Plişkova hakimin qərarına etiraz edib, hətta korta supervayzeri də çağırıb. Amma onun etirazları qəbul olmayıb.

Bundan sonra əsəbi oynayan Karolina dalbadal iki qeymi uduzub, matç da 6:3, 3:6, 5:7 hesabla Sakkarinin xeyrinə başa çatıb.


Xəbərə aid fotolar