Alpinist Babur Hüseynov Astarada dəfn olunacaq, digəriləri isə...


Digərləri 17 May 2018 12:22:00 326 0

Alpinist Babur Hüseynov Astarada dəfn olunacaq, digəriləri isə...

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən biri Hüseynov Babur Vaqif oğlu Astara rayonunda dəfn olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə B.Hüseynovun qohumu Cəlalə Nəzəroğlu bildirib.

B.Hüseynovun meyiti Bakıya gətirilsə də, dəfn üçün Astaraya aparılacaq.

Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb.