Atletico-nun Avroliqadan qazancı müəyyənləşib


İdman 17 May 2018 12:14:00 294 0

Atletico-nun Avroliqadan qazancı müəyyənləşib

Atletico finalda Marseille klubunu 3:0 hesabıyla məğlub edərək Avropa Liqasının qalibi olub. Artıq Madrid klubunun çempion kimi tamamladığı turnirdən əldə edəcəyi gəlir də məlumdur. Goal.az xəbər verir ki, həlledici oyunda qələbə Atletico-ya 6.5 milyon avro qazandırıb. Məğlub olan tərəf isə büdcəsini 3.5 milyon avro zənginləşdirib.

Diyeqo Simeonenin komandası 1/4 finalda qələbəyə görə 1, yarımfinaldakı uğuruna görə 1.6 milyon avro əldə edib. Ümumilkdə klubun Avropa Liqasından qazancı 10.3 milyon avro təşkil edib. Qarabağ-ın da yer aldığı Çempionlar Liqasının C qrupunda 3-cü yeri tutan İspaniya təmsilçisi 16.3 milyon avro qazanmışdı.

Qeyd edək ki, Atletico Avrokuboklardan 2013/14 mövsümündə 50, 2015/16 mövsümündə isə 69 milyon avro qazanmışdı.