Yaşayışa hazır ikiotaqlı və təmirli mənzil satışına başlandı - Aylıq 275 manat ödənişlə


Digərləri 17 May 2018 12:11:00 255 0

Yaşayışa hazır ikiotaqlı və təmirli mənzil satışına başlandı - Aylıq 275 manat ödənişlə

Sumqayıtda mənzil sahibi olmaq daha da asanlaşıb.

Bakı. Mənzil alarkən vətəndaşların diqqət etdiyi əsas məsələ mənzilin yerləşmə yeri, yəni nəqliyyata çıxışı, məktəb,bağça və alış-veriş mərkəzlərinə yaxınlığı, parklama yeri, eyni zamanda mənzilin təmirinin kefiyyəti və ən əsası mənzili əldə etmək üçün ödəmə imkanlarının asan olmasıdır. Trend-in məlumatına görə, “Kristal Abşeron” bütün bunları nəzərə alaraq müştərilərinə yeni kampaniya təqdim edir. Kampaniya çərçivəsində artıq Sumqayıtda mənzil sahibi olmaq daha da asanlaşıb. Aylıq kirayə haqqı məbləğinə evə sahib olma imkanı Müştərilər aylıq kirayə haqqı məbləğinə şəxsi evə sahib ola biləcəklər. Belə ki, artıq ayda 275 manat ödəniş etməklə Sumqayıt şəhəri 9 və 10-cu mikrorayon layihələrində tam təmirli mənzilləri əldə etmək mümkün olacaq. Bunun üçün müştərilər əvvəlcə 9745 manat ilkin ödəniş həyata keçirməklə 25 illik ipoteka şərtilə bu mənzillərə sahib ola bilərlər. Hər bir mənzilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Çıxarış (kupça) verilir. Məktəb, park və supermarketlərə yaxındır Digər vacib məsələ mənzilin yerləşmə yeridir ki, layihədə bu baxımdan da sakinlərin rahatlığı nəzərə alınıb. Belə ki, bu layihələr Sumqayıt şəhərində 24 saylı orta məktəb və Səməd Vurğun küçəsindəki tanınmış “Göyərçin” heykəlinin yanında yerləşir. Kompleksdə müxtəlif təyinatlı mağazalar və parklama üçün yeraltı qarajlar olacaq.