Azərbaycanda kişi keçmiş arvadını “Odnoklassniki”də 50 manata “satışa” qoydu? VİDEO


Digərləri 17 May 2018 12:07:00 277 0

Azərbaycanda kişi keçmiş arvadını “Odnoklassniki”də 50 manata “satışa” qoydu?  VİDEO

Bakıda qadın əri tərəfindən şantaj edilir. Qadın iddia edir ki, keçmiş həyat yoldaşı onun şəkillərini sosial şəbəkələrdə əxlaqsız insan kimi təqdim edərək paylaşır. Məqsədi isə alimentdən yayınmaqdır. Hər halda qadın belə deyir.

Son.az "xəzər xəbər"ə istinadən bildirir ki, telekanal əməkdaşları hər iki tərəfin mövqeyini öyrənib məsələni araşdırıblar.

Zərərçəkmiş Sona Paşayevanın sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ''Odnoklasniki'' sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.

Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib. Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.

Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxladıq. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə, bu məsələdən xəbərsiz olduğunu dedi.