ABŞ-ın Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədədir


Digərləri 17 May 2018 11:37:53 247 0

ABŞ-ın Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədədir

ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib.

Bakı. ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.