“Azərxalça” Cümhuriyyətin yadigarı olan nadir xalçanı aşkara çıxarıb


Digərləri 17 May 2018 11:15:00 325 0

“Azərxalça” Cümhuriyyətin yadigarı olan nadir xalçanı aşkara çıxarıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb. Qurumdan Trend-ə verilən məlumata görə, 1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayraq xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib. Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli arasahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində "Zikr edər cinnü-mələk həm insan.Yaşasın devletü Azərbaycan" və "Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan" misraları yazılıb.